İsrail İranın yeraltı raket bazasını vurdu


İsrail ordusu İranın qərbində yerləşən Xürrəmabad şəhərində yeraltı hərbi bazaya zərbə endirdiyini, burada yer-yer tipli ballistik raketlərin, buraxılış sistemlərinidigər hərbi sursatların saxlanıldığını iddia edib.



İsrail Ordusu sözçülüyünün verdiyi açıqlamaya görə, ordunun kəşfiyyat məlumatları əsasında İsrail qırıcı təyyarələri Xürrəmabad vilayətində yeraltı tunellərdə saxlanılan yer-yer raketlərini, qanadlı raketləriçoxsaylı raket buraxılış sistemlərini hədəfə alaraq zərbələr endirib.



İsrail ordusu hədəf alınan bu məntəqənin daha əvvəl İran tərəfindən yayımlanan videoda göründüyünü də iddia edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu