“Milk Pro” MMC ləğv edildi – “Sevimli Dad”ın istehsalçısı idi

Azərbaycanda süd məhsulları istehsalçısı kimi tanınan “Milk Pro” MMC ləğv olunub.
AFN.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Milk Pro” 1991 – ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. “Milk Pro” daha çox “Sevimli Dad” markası ilə tanınıb. “Sevimli Dad” hazırda başqa şirkət tərəfindən istehsal olunur.