İran: İsrailə dəstək verən ölkələrə zərbə endirəcəyik

İran İsrailə dəstək verəcəyi təqdirdə Böyük Britaniya, ABŞ və Fransanı zərbələrlə hədələyib
Tehran Fars körfəzi və Qırmızı dənizdəki gəmilərə və hərbi donanmalara hücum edəcəyi ilə hədələyib.
AFN.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi xəbər yayıb.
İran Böyük Britaniya, ABŞ və Fransa hakimiyyət orqanlarını rəsmi şəkildə xəbərdar edib ki, əgər bu ölkələr İran İslam Respublikasının İsrailə qarşı hücumlarını dəf etməkdə Təl-Əvivə dəstək verərlərsə, onların Yaxın Şərqdə və Fars körfəzi ölkələrindəki hərbi obyektləri İranın zərbələrinə məruz qalacaq.
Agentliyin məlumatına görə, Tehran təkcə hərbi obyektləri deyil, həm də Fars körfəzi və Qırmızı dənizdəki gəmilər və hərbi gəmilərə hücum edəcəyini bəyan edib.