Hindistandakı təyyarəsi qəzasında həlak olanların sayı 310 nəfərə çatıb

Hindistanın qərbində "Air India" şirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.
AFN.az xəbər verir ki, bu barədə "The New Indian Express" qəzeti polis mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, polis təyyarədə olan 240-dan çox sərnişinin həlak olduğunu təsdiqləyib. Təyyarənin hava limanı yaxınlığında yaşayış rayonuna düşməsi nəticəsində daha 75 nəfər də həyatını itirib.
Bundan əvvəl "Reuters" agentliyi 290-dan çox insanın öldüyünü bildirmişdi. Onların arasında həm təyyarədə olanlar, həm də qəzanın baş verdiyi yaşayış ərazisində olan insanlar vardı.