Helsinki Ukraynaya qoşun göndərməyəcək – Stubbun şərhi

Atəşkəs razılaşması əldə olunarsa, Helsinki Ukraynaya qoşun göndərməyəcək.
AFN.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.
Siyasətçinin fikrincə, onun ölkəsi şimal-şərqi Avropada mühafizə ilə məşğul olmalıdır.
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli planını müzakirə edir, ona əsasən, Dneprdən qərbə mühafizə qüvvələri yerləşdiriləcək. Onun sözlərinə görə, onların tərkibinə dörd Avropa ölkəsinin kontingenti daxil olacaq: Böyük Britaniya, Polşa, Fransa və Almaniya.