Qrossi: Nüvə obyektlərinə hücumlar ciddi təhlükədir

İstənilən nüvə obyektlərinə hücumlar ciddi təhlükədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.
O, səfərə gəldiyi Kalininqrad hava limanında Rusiya nümayəndə heyəti ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib: "İstənilən nüvə obyektlərinə edilən istənilən hücum, xüsusilə Zaporojya AES kimi nəhəng nüvə obyektinə qarşı ən ciddi və mühüm təhlükədir. Bu, tamamilə ağlasığmazdır və mütləq təhlükədir".