Yaponiyanın Ay missiyası yenə uğursuz oldu


Yaponiyanın "Hakuto-R" ("Resilience") ay modulunun enişi uğursuzluqla nəticələnib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə modulu hazırlayan "Ispace" ("Ayspeys") şirkətinin rəhbəri Takeshi Hakamada mətbuat konfransında məlumat verib.



"Biz belə qənaətə gəldik ki, modulla əlaqə yaratmaq çətindir və missiyanı başa çatdırmaq mümkün deyil. Ona görə də enişin uğursuz olduğunu deyə bilərik", - deyə o bəyan edib.



Həmçinin bildirib ki, hazırda şirkətin prioriteti nasazlığın səbəbini müəyyən etmək üçün alınan məlumatları təhlil etməkdir.



Canlı yayım zamanı planlaşdırılmış eniş vaxtına təxminən dəqiqə yarım qalmış modulun uçuş hündürlüyü kəskin şəkildə enib.



"Ispace" bundan əvvəl 2023-cü ilin aprelində öz modulunu Aya göndərməyə çalışıb. Həmin cəhddə də modulun enişi uğursuzluqla nəticələnib.



"Hakuto-R" Tokioda yerləşən Yapon şirkəti "Ispace" tərəfindən hazırlanıb. Cihazın hündürlüyü 2,3 m-dir. O, yanvarın 15-də Amerikanın "SpaceX" şirkətinin "Falcon 9" daşıyıcı aparatı vasitəsilə Aya buraxılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu