Prezidentin təyyarəsi qəzadan son anda qurtarıb


Argentina prezidenti Alberto Fernandezin "Boeing 757-200" təyyarəsi qəza təhlükəsi yaşayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə təyyarə Mayamidən Buenos Ayresə qayıdan zaman baş verib. Belə ki, eniş zamanı layner kəskin şəkildə əyilib və yerə toxunmadan uçuş-enmə zolağının üstündən keçib.

Mühərriklərin qulaqbatırıcı səsindən sonra layner ikinci dövrəyə keçib. Enişin birinci cəhddə niyə uğursuz olması haqda açıqlama verilməyib.

Təyyarə ikinci cəhddə uğurla eniş edə bilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu