İsrail Əl-Əhli xəstəxanası yaxınlığında zərbə endirdi


İsrail ordusu Qəzza şəhərində Əl-Əhli xəstəxanasının həyətində radikal komandanlıq və idarəetmə mərkəzinə zərbələr endirib.



Bu barədə ordunun sözçüsü məlumat yayıb. Bildirilir ki, zərbələr Fələstinin "İslami Cihad" radikal qruplaşmasının fəaliyyət göstərdiyi hədəfə endirilib.



“Bir müddət əvvəl Qəzza zolağının mərkəzi hissəsindəki Qəzza şəhəri ərazisində Əl-Əhli xəstəxanasının həyətindəki komanda-nəzarət mərkəzində fəaliyyət göstərən “İslami Cihad” terrorçusuna dəqiq zərbə endirmişik" - deyə ordunun mətbuat xidmətinin məlumatında bildirilib.



Bildirilir ki, mərkəz terrorçular tərəfindən İsrailin mülki əhalisinə və əsgərlərinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib. Hərbçilər qeyd ediblər ki, zərbədən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün tədbirlər görülüb: "Ordu İsrailin mülki əhalisi üçün təhlükəni aradan qaldırmaqdan ötrü Qəzza zolağında terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək", - deyə açıqlamada qeyd edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu