Almaniya şirkətlər üçün milyardlarla avroluq vergi endirimini təsdiqlədi


Almaniya Nazirlər Kabineti böhran yaşayan iqtisadiyyatı yüngülləşdirmək məqsədilə 2025-2029-cu illəri əhatə edən 46 milyard avroluq vergi endirimləri paketini təsdiq edib. Bu paketlə 3 il ərzində illik 30 faiz super amortizasiya kimi üstünlüklərlə investisiyaların artırılması və korporativ verginin 2028-dən başlayaraq 5 il müddətinə 1 faiz azaldılması planlaşdırılır. Mobilik və AR-GE sahələrinə də vergi təşviqləri artırılacaq.



Almaniya iqtisadiyyatı isə ticarət müharibələri və ABŞ Prezidenti Donald Trampın tarif siyasəti səbəbindən zəif böyüyür. 2024-cü ildə ölkənin iqtisadiyyatı əvvəlki ilə nisbətən 0,2 faiz azalıb və artan rəqabət, struktur problemlər səbəbindən ikinci ildir ki, geriləmə müşahidə olunur. Hökumət bu il üçün iqtisadi artım proqnozunu sıfıra endirib. Ekspertlər 2025-ci ilin də sıfır artım göstərə biləcəyini bildirirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu