Almaniya iqtisadiyyatı keçən il 0,3 faiz kiçilib
Almaniya iqtisadiyyatı keçən il əvvəlki ilə nisbətən 0,3 faiz kiçilib.
Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniya iqtisadiyyatının 2023-cü il üçün aparıcı artım məlumatlarını açıqlayıb. Bildirilir ki, Almaniyada mövsüm və təqvim təsirlərindən təmizlənmiş ümumi daxili məhsul (ÜDM) keçən il bir əvvəlki ilə görə yüzdə 0,3 azalıb.
Almaniya iqtisadiyyatında daralma tempi bazar gözləntilərinə uyğun idi. Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya 2022-ci ildə 1,3 faiz artıb.
Almaniya iqtisadiyyatı 2023-cü ilin son rübündə əvvəlki rüblə müqayisədə yüzdə 0,3 azalıb.
"Destatis"in prezidenti Ruth Brand mövzu ilə bağlı verdiyi açıqlamada, "Çox sayda böhranla yadda qalan 2023-cü ildə Almaniyada ümumi iqtisadi inkişaf pozuldu" - deyə bildirib.
Yüksək qiymət səviyyələrinin iqtisadi artımı məhdudlaşdırdığına diqqət çəkən Brand, artan faiz dərəcələri və zəif daxili və xarici tələbdən qaynaqlanan mənfi maliyyə şərtlərinin də iqtisadiyyata mənfi təsir göstərdiyini bildirib.
Brend Almaniya iqtisadiyyatının COVID-19 epidemiyasının başladığı 2020-ci ildə kəskin iqtisadi tənəzzüldən sonra 2023-cü ildə girdiyi bərpa prosesini davam etdirə bilməyəcəyinə diqqət çəkib.