Çin iqtisadiyyatı 2023-cü ildə 5,2 faiz artıb
Çin iqtisadiyyatı 2023-cü ildə illik bazda 5,2 faiz artıb.
Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, Ümumi Daxili Məhsul (ÜDM) 2023-cü ilin yanvar-dekabr dövründə əvvəlki ilə nisbətən 5,2 faiz artıb.
2022-ci ildə 120,4 trilyon yuan (təxminən 17,01 trilyon dollar) olan ÜDM 2023-cü ildə 126,06 trilyon yuana (təxminən 17,71 trilyon dollar) çatıb.
Artım sürəti Çin hökumətinin 2023-cü il üçün təxminən 5 faiz artım hədəfini aşıb.
Çin iqtisadiyyatı 2022-ci ildə 3 faiz artaraq, Covid-19 epidemiyasının ilk təsirlərinin hiss olunduğu 2020-ci ildən sonra 1976-cı ildən bəri istehsalda ən aşağı artımı qeyd edib.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı əvvəlki ildəki aşağı artımdan sonra 2023-cü ildə bərpa əlamətləri göstərib.