Mask ABŞ-ı BMT-nin maliyyələşdirməsini dayandırmağa çağırır


İlon Mask BMT-nin maliyyələşdirməsini dayandırmağa çağırıb.

Bir müddət bundan əvvələdək ABŞ Prezidenti Donald Trampın administrasiyasında Hökumətin Effektivliyi Departamentinin (DOGE) işinə nəzarət edən Mask bu barədə öz X hesabında yazıb: "BMT-ni defund edin". O, BMT-nin Baş katibi Antonio Quterreşin "rəqəmsal platformalarda dezinformasiya və nifrət yayılması" təhlükəsi ilə mübarizə aparmaq üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı fikirlərini şərh edib.

Mayın əvvəlində Tramp administrasiyası 2026-cı maliyyə ili üçün (ölkədə oktyabrın 1-də başlayır) federal büdcə layihəsini təqdim edib və burada ABŞ-ın BMT, YUNESKO və ÜST-ə töhfələrini dayandırmaq təklif edilib. Büdcə layihəsində vurğulanır ki, ABŞ prezidenti öz mülahizəsinə əsasən bu təşkilatlara ianələrin həyata keçirilməsinə göstəriş verə bilər. Bu məqsədlər üçün “strateji investisiyalar”ın həyata keçirilməsi üçün yaradılması təklif olunan 2,9 milyard dollarlıq xüsusi fonddan vəsaitin ayrılması təklif edilir.

Bundan əlavə, sənəd BMT vasitəsilə “itki verən sülhməramlı missiyaları” maliyyələşdirməkdən imtina edərək xərclərin 1,6 milyard dollar azaldılmasını təklif edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu