Etna vulkanı güclü şəkildə kül və lava püskürdü

İtaliyanın cənubunda yerləşən aktiv vulkanlardan biri olan Etna bu səhər saatlarında cənub-şərq kraterində baş verən çökmə nəticəsində güclü və intensiv şəkildə kül və lava püskürüb.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsi – Etna Müşahidə Mərkəzinin verdiyi məlumata görə, Etna vulkanının 2 900 metr yüksəklikdə yerləşən cənub-şərq kraterinin bir hissəsində çökmə baş verib və bunun nəticəsində vulkanik partlayış meydana gəlib.
Partlayış nəticəsində həmin kraterdən güclü kül püskürməsi və intensiv lava axını qeydə alınıb.
İlkin müşahidələrə əsasən, kül buludunun 5 kilometr yüksəkliyə qədər qalxdığı bildirilib.
Kraterin kül ilə birlikdə eyni vaxtda püskürdüyü lava vulkanın yamacında yerləşən Aslan Vadisi sərhədinə qədər gəlib çatdığı qeyd olunub.
Vulkanda dünən gecədən bəri vulkanik təkanların davam etdiyi bildirilib.
Etna vulkanında bu səhər baş verən vulkanik partlayış Kataniya kimi ətraf yaşayış məntəqələrindən də müşahidə olunub.
Eyni zamanda, vulkandakı partlayış səbəbindən bölgə üzərindən keçən təyyarələr üçün “qırmızı kod” xəbərdarlığı verilib.
Qeyd edək ki, Siciliya adasında yerləşən Etna vulkanı təxminən 3 300 metr hündürlüyü ilə Avropa materikinin ən yüksək aktiv vulkanı sayılır.
Etnada bu il fevral, aprel və may aylarında da intensiv vulkanik fəaliyyət müşahidə olunmuşdu.