Ukrayna ilə Rusiya arasında yeni razılaşma: 12 min meyit dəyişdiriləcək

İstanbulda keçirilən danışıqların ikinci raundunda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında əsirlərin yeni mübadiləsinə dair razılıq əldə olunub.
AFN.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Bildirilir ki, razılıqla bağlı açıqlamanıUkrayna nümayəndə heyətinin rəhbəri, ölkənin müdafiə naziri Rustem Umerov verib.
“Müharibə əsirlərinin azad edilməsi məsələsində biz rəqəmlərə deyil, konkret kateqoriyalara diqqət yetirməyə razılaşdıq. Bütün ağır yaralı və ağır xəstə hərbi əsirləri dəyişməyə razılaşdıq. İkinci kateqoriya 18-25 yaş arası gənc əsgərlərdir. Biz həmçinin “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərini qaytarmağa razılaşdıq”, - deyə Rustem Umerov qeyd edib.