Meksikada reabilitasiya mərkəzində baş verən yanğında 12 nəfər ölüb


Meksikanın Quanaxuato ştatında yerləşən bir reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində 12 nəfərin öldüyü, azı 3 nəfərin isə yaralandığı bildirilib.



Quanaxuato ştatının rəsmiləri tərəfindən verilən açıqlamada San Xose Iturbide şəhərində narkotik maddə asılılığından müalicə olunan şəxslərin qaldığı reabilitasiya mərkəzində yanğın baş verdiyi qeyd edilib.



Açıqlamada bildirilib ki, yanğın zamanı binada olan 12 nəfər ğlüb, ən azı 3 nəfər isə xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu