Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb


Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.


AFN.az xəbər verir ki, bu barədə Bolu prokurorluğu məlumat yayıb.

“DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, - deyə prokurorluqdan bildirilib.

Türkiyə Səhiyyə Nazirliyi daha əvvəl bildirib ki, yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-u xəstəxanadan buraxılıb, 12 nəfərin müalicəsi davam edir.

Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Bundan əvvəl 76 nəfərin öldüyü bildirilirdi. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu