ABŞ bəzi çinli tələbələrin vizalarını ləğv edəcək


ABŞ Dövlət katibi Marko Rubio Çin Kommunist Partiyası (ÇKP) ilə əlaqəsi olanların da daxil olduğu bəzi Çin vətəndaşı tələbələrin vizalarının ləğvinə başlanacağını açıqlayıb.



Rubio bu barədə "X" sosial şəbəkə platformasında paylaşım edib. O, bildirib ki, ABŞ ÇKP ilə əlaqəsi olan və ya strateji əhəmiyyət daşıyan sahələrdə təhsil alan Çinli tələbələrin vizalarının ləğv edilməsinə başlayacaq.



Rubionun sözlərinə görə, bu addım ABŞ-ın milli təhlükəsizliyini qorumaq məqsədi daşıyır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu