"Ford" 1,1 milyon avtomobilini geri çağırır

ABŞ-ın avtomobil nəhəngi "Ford Motor" arxa görüntü kamerasındakı proqram təminatı problemi səbəbilə təxminən 1,1 milyon avtomobili geri çağırır.
Bu barədə məlumat ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizlik İdarəsi (NHTSA) tərəfindən yayılıb. Qurumun açıqlamasına əsasən, geri çağırma 2021–2025-ci illər arasında istehsal edilmiş bəzi "Ford" modellərini əhatə edir.
Problemin səbəbi arxa kamera görüntüsündəki proqram təminatı nasazlığıdır. Bildirilir ki, bu nasazlıq geri hərəkət zamanı görüntünün gecikməsi, donması və ya ümumiyyətlə göstərilməməsi hallarına səbəb olur. Bu isə sürücünün görmə imkanlarını məhdudlaşdıraraq qəza riskini artırır.
Geri çağırmadan təsirlənən avtomobillərin sayı 1 milyon 75 min 299 olaraq açıqlanıb.
"Ford" şirkəti bildirib ki, problem məsafədən və ödənişsiz şəkildə proqram yeniləməsi ilə rəsmi dilerlər tərəfindən aradan qaldırılacaq. Eyni zamanda, avtomobil sahiblərinə bu nasazlıqla bağlı rəsmi bildirişlər göndəriləcək.