Hakan Fidan Putinlə görüşdü


Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Rusiyaya etdiyi səfər çərçivəsində paytaxt Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

İki günlük rəsmi səfər zamanı Fidan Moskvada müxtəlif görüşlərdə iştirak edib və Prezident Vladimir Putin tərəfindən qəbul olunub.

Fidan səfəri çərçivəsində həmçinin İstanbulda Ukrayna ilə aparılan danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Vladimir Medinskiy ilə də görüşüb.

Nazir bu gün həmçinin Rusiya-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvləriRusiya Xarici Kəşfiyyat Xidməti rəhbəri Sergey Narışkin ilə də ayrıca toplantılar keçirəcək.

Hakan Fidanın sabah Rusiya Xarici İşlər naziri Sergey Lavrovla da ikitərəfli görüş keçirəcəyi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu