KİV: ABŞ G7 bəyanatına Ukraynaya dəstək maddəsinin daxil edilməsinə qarşıdır

ABŞ, G7 bəyanatında Ukraynaya əlavə dəstək bəndinin əleyhinə çıxıb
Vaşinqton, Kanadada keçirilən Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləriningörüşünün yekunlarına dair bəyanatda Ukraynaya əlavə dəstəkhaqqında bəndin daxil edilməsinə qarşı çıxıb.
AFN.az xəbər verir ki, bu barədə “Politico”nəşri danışıqlarla tanış olan iki məmura istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞsənəddə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatların “qanunsuz” adlandırılmasına da qarşı çıxıb. Vaşinqton bu kimi ifadələrin siyasi baxımdan məqsədəuyğun olmadığını bildirib.
Xatırladaq ki, mayın 20-dən 22-dək Kanadanın Banff şəhərində(Alberta əyaləti) G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşükeçirilir. Görüşdə əsas diqqət iqtisadi sabitlik, enerji təhlükəsizliyi və qlobal maliyyə problemlərinə yönəlib.