Liviya Milli Neft Korporasiyası: Bütün sahələrdə hasilat normal şəkildə davam edir

Liviya Milli Neft Korporasiyası (NOC) hasilatın bütün sahələrdə müntəzəm və normal şəkildə davam etdiyini açıqlayıb.
MOK-dan verilən açıqlamada neft yataqlarında hasilat və limanlardakı vəziyyətlə bağlı məlumat verilib.
Açıqlamada bütün neft yataqlarında və limanlarda texniki və əməliyyat fəaliyyətlərinin normal və təhlükəsiz şəkildə davam etdiyi vurğulanaraq, “Qurumun bütün törəmə müəssisələrində neft və təbii qaz hasilatı və ixracı fəaliyyətləri ən yüksək təhlükəsizlik standartlarına uyğun olaraq problemsiz və fasiləsiz davam edir” qeyd edilib.
Açıqlamada son 24 saatda xam neft hasilatının 1 milyon 376 min 415 barrel, təbii qaz hasilatının isə 2 milyard 560 kubmetr olduğu bildirilib.