İsrail Yəmənin iki limanını vurdu - KİV


İsrail qüvvələri Yəmənin iki əsas limanına zərbələr endirib.



“Al Masirah” telekanalının məlumatına görə, Husi hərəkatının nəzarətində olan Əl-Hodeydə əyalətində yerləşən Hodeydə və Əs-Salif limanları İsrail hava hücumlarına məruz qalıb.



Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı bildirir ki, İsrail təyyarələri Yəmənin qərbindəki liman obyektlərinə 10-dan çox hava zərbəsi endirib.



Zərbələrin səbəbləri və yaratdığı itkilər barədə hələ rəsmi açıqlama yoxdur.



Qeyd edək ki, əvvəlcə İsrail ordusu bu limanlardan idxal olunan malların təxliyəsi ilə bağlı xəbərdarlıqlar yayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu