Ərdoğan: Ukraynadakı münaqişəyə hərbi yolla son qoymaq olmaz


Ukraynadakı münaqişəyə hərbi yolla son qoymaq olmaz



AFN.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, münaqişəni həll etmək üçün sülh danışıqlarına başlamaq lazımdır və bu fürsətdən istifadə etmək lazımdır.



"İlk növbədə, müharibəni bitirmək üçün silahlar susmalı və diplomatiya danışmalıdır. Sülh danışıqlarına başlamaq lazımdır, yaranan fürsəti əldən vermək olmaz. Bu müharibəni hərbi qarşıdurma və silahlarla bitirmək olmaz. Bizim ən böyük istəyimiz sülh danışıqlarından yekun nəticə əldə etməkdir. Ona görə də biz bu müharibəni bitirmək üçün vasitəçilik rolumuzu davam etdirmək fikrindəyik. Tərəflər arasında dialoqun açıq qalmasını təmin etmək üçün hər cür səy göstərəcəyik, davam edin”, - deyə Ərdoğan bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu