Ərdoğan: Ukraynada atəşkəs sülh danışıqlarına şərait yaradacaq

Ukraynada hərtərəfli atəşkəs sülh danışıqlarının başlanması üçün lazımi şərait yaradacaq.
AFN.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə telefon danışığında deyib.
İki ölkə lideri arasında baş tutan telefon danışığı ilə bağlı Ərdoğanın administrasiyası məlumat yayıb.
"Prezident Ərdoğan Rusiya və Ukraynanın birbaşa danışıqları bərpa etməsini son dərəcə vacib hesab etdiyini və Türkiyənin bu prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib. O, sülh danışıqları üçün Rusiya və Ukrayna nümayəndə heyətlərini Türkiyədə qəbul etməkdən şad olacağını qeyd edib. Prezident Ərdoğan bəyan edib ki, hərtərəfli atəşkəs sülh danışıqlarının başlaması üçün lazımi şərait yaradacaq və əldən verilməməlidir" - deyə açıqlamada qeyd edilir.