ABŞ-da 11 məhbus həbsxanadan qaçıb

ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində həbsxanadan 11 məhbusun qaçdığı bildirilir.
Luiziana əyalət polisinin X sosial media platformasında verdiyi açıqlamada 11 məhbusun həbsxanadan qaçdığı paylaşılıb.
Paylaşılan məlumata görə, səlahiyyətlilər qaçan məhbuslardan birini yaxalayıb, 10 məhbusun tapılması istiqamətində axtarış işlərini davam etdirir.
Açıqlamada səhər sayımında 11 məhbusun olmadığı, qaçanların isə 19-42 yaş arası kişilər olduğu bildirilib.
Şerif Susan Hutson deyib ki, onun departamenti qaçan məhbusları tapmaq üçün yerli, əyalət və federal hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edir.
Şerif hadisənin necə baş verdiyini müəyyən etmək üçün hərtərəfli araşdırmaya başlanıldığını da qeyd edib.