Səyyad Aran 100 manat qonorarı mənə bir neçə dəfəyə verdi - Sevil Gültən


Deputat Səyyad Aranın maşınının olmaması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.



AFN.az xəbər verir ki, tərcüməçi-korrektor Sevil Gültən onun haqqında iddialı fikirlər səsləndirib. Sevil xanım özünün feyzbuk səhifəsində S.Aranın vaxtilə ona kitab korrektə etdirdiyini, 100 manatlıq qonorarı süründürücülüklə bir neçə dəfə verdiyini bildirib:



"Mənə hekayələrini vermişdi korrektə etməyə. Dedi ki, kağız üzərində korrektə edim. Çoxlu kobud redaktə səhvləri də vardı, onlarda da düzəliş etdim. Mətni təhvil verəndə dedi ki, bəs kompüterdə kim düzəldəcək? Bu işdən xəbəri olanlar necə çətin olduğunu bilir. Dedim evdə düzəldərəm, razı olmadı, guya düzəliş vaxtı mənə məsləhət verəcək. Bir neçə saat onun iş yerindəki, kompüterdə düzəliş etdim, amma düzəlişlər tam qurtarmamışdı. Dedi ki, yorulmuşam, qoy qalsın başqa günə. Mənə veriləsi pulun yarısını verdi, dedim axı mən korrektəni bitirmişəm, elektron variantda düzəlişi sizə hörmət olaraq edərdim. Və yollanır sısınız, mən deyim, vaxtım yoxdur, düz bitirim, pulumu bütöv verin. Yox ki, yox! Dedi elektron variantı bitirəndə pulumu qalığını verəcək. Üç-dörd dəfə onun iş yerinə gedib-gəldim sonradan pulumu qalığını aldım. Necə? Gah dedi pensiyalar keçməyib, gah dedi maaş almayıb. Bir dəfə gəldən yenə də ki, dedi hələ almamış. Guya kartında beş-on manat qalıb. Şoferinin maşınıyla getdik ünvanından yaxınlıqdakı banka, mənə səhv etməsəm, 20 manat verdi, dedi qoy bir az da özümə xərclik qalsın".



S.Gültən onunla bağlı bir neçə il əvvəl yaranan qalmaqalı da xatırladıb:


"Saytlarda xəbər yayılıb ki, Səyyad Arana məxsus hosteldə qalan pakistanlılar səs-küy salır, qonşular şikayət edir. Səyyad Aran da müsahibə verdi ki, hostel oğluna məxsusdur, icazə veriblər. İndi də deyir maşını yoxdur. Əlbəttə, düz deyir. Maşınları öz adına qeydiyyatdan keçirməyib, oğullarının, nəvələrinin adınadır, çox güman. O, iki dəfə bizim rayondan deputat 'seçilib'. Vallah, mən demirəm, yüzlərlə zərdablı deyir ki, Zərdabın camışlarını Səyyad Aran İmişliyə transfer edib".



Qeyd edək ki, S.Aran bu gün açıqlama verərək maşını olmadığını, maaşının avtomobil almağa çatmadığını bildirib. Deyib ki, parlamentə ictimai nəqliyyatla gedib-gəlir, tədbirlərə isə köməkçisinin maşını ilə gedir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu