Gürcüstanın keçmiş müdafiə naziri Okruaşvili həbs edilib

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvilinin sabiq prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlməkdən imtina etdiyinə görə barəsində seçilən qərarı həbs qətimkan tədbiri ilə əvəzləyib
AFN.az xəbər verir ki, bu barədə İnterpressnews agentliyi məlumat yayıb.
Bildirilir ki, təyin edilən girovu ödəmədiyinə görə prokurorluq Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı həbs-qətimkan tədbiri seçilməsini tələb edib.
Prokuror Natia Tatiaşvilinin bu gün keçirilən ibtidai iclasda bildirib ki, İrakli Okruaşvili məhkəmənin təyin etdiyi girovu qəsdən ödəməyib, bununla əlaqədar ittiham tərəfi 20 min larilik girovun həbslə dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə İrakli Okruaşvili barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edib, bundan sonra o, məhkəmə zalında həbs edilib.