Danimarka, Fransa və İtaliya Kiyev üçün 1 milyard avroluq silah alacaq


Ukrayna Danimarka, Fransa və İtaliya ilə 1 milyard avroya silah alınmasına dair müqavilə imzalayıb.


AFN.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" agentliyi Ukraynanın baş naziri Denis Şmıxala istinadən məlumat yayıb.

"Söhbət Avropa Sülh Fondundan təxminən 1 milyard avro məbləğində vəsaitdən gedir. Bu vəsaitə müqaviləni imzalayan ölkələr Ukraynanın ehtiyacları üçün Ukrayna silahlarını alacaqlar. Beləliklə, biz təkcə silah və dəstək almayacaq, həm də öz müdafiə sənayemizi aktivləşdirəcəyik", - deyə baş nazir qeyd edib.

Bildirilir ki, müqavilə Lvovda imzalanıb və ayrılan vəsait Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdir.

Aİ Ukraynaya hərbi dəstək üçün 1,9 milyard avro ayırmaq niyyətində olduğunu rəsmən bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu