Ukrayna və ABŞ sərvət sazişini bu həftə imzalaya bilər

ABŞ və Ukrayna bu həftənin əvvəlində faydalı qazıntılar üzrə saziş imzalaya bilər.
AFN.az xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək vəzifəli ukraynalı mənbəyə istinadən "Financial Times" məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, hazırlığın son mərhələsində olan çərçivə sazişi bütün mineral ehtiyatlara, o cümlədən neft və qaza və Ukrayna ərazisindəki bütün əsas enerji obyektlərinə şamil edilir.
Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bəyan edib ki, Ukrayna və ABŞ Ukraynanın mineral ehtiyatlarının birgə işlənməsinə dair sazişdə Kiyevə artıq verilmiş yardımı borc kimi saymamaq barədə razılığa gəliblər.
“The Financial Times” yazır ki, bir çox Ukraynalı deputatlar, o cümlədən Vladimir Zelenskinin partiyasından olanlar sazişlə bağlı narahatlıqlarını ifadə ediblər və müqaviləni əlverişsiz hesab etsələr, onun təsdiqinə səs verməyəcəklərini bildiriblər.