İstanbulda zəlzələdən sonra məktəblər iki gün bağlanıb


Türkiyədə baş verən 6.2 ballıq zəlzələdən sonra İstanbulda məktəblər iki günlük bağlanıb.


AFN.az "BBC News"a istinadən xəbər verir ki, Türkiyənin təhsil naziri Yusuf Tekin İstanbulda məktəblərin cümə axşamı və cümə günləri bağlanacağını açıqlayıb.

O əlavə edib ki, şəhər məktəblərində ciddi insidentlər barədə heç bir məlumat yoxdur və məktəb bağçaları təhlükəsiz yerlər kimi ictimaiyyət nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, zəlzələ nəticəsində xəsarət alan 151 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin olub-olmadığı barədə məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu