Uzakrotanın 15 illik yubileyi Bakıda qeyd edildi


Aprelin 22-də Bakıda turizm sənayesinin ən nüfuzlu platformalarından biri olan Uzakrotanın 15 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.


AFN.az xəbər verir ki, 60-dan artıq turoperator və yerli tərəfdaş şirkətin iştirak etdiyi toplantıda Uzakrota-nın İstanbul, Dubay və Kuala Lumpur şəhərlərində keçiriləcək beynəlxalq tədbirlərinin detalları paylaşılıb. Görüş zamanı həmçinin qlobal səyahət tendensiyaları, texnologiya yenilikləri və sektoral əməkdaşlıqlar müzakirə olunub.
Qeyd edək ki Uzakrota Səyahət Zirvəsi onlayn turizm agentlikləri, hava yolları, hotellər, səyahət texnologiyası startapları, qonaqpərvərlik investorları, vençur kapitalistləri və texnologiya distribütor şirkətləri üçün dünyanın ən böyük və əhatəli tədbirlərindən biri kimi qiymətləndirilir.
Bu tədbir səyahət sənayesinin aparıcı şirkətlərini, yaradıcı beyinləri və peşəkarları bir araya gətirərək, şəbəkələşmə, ideya mübadiləsi və gələcək əməkdaşlıqlara zəmin yaradır. Bakıda keçirilən yubiley toplantısı da bu baxımdan önəmli platforma rolunu oynayıb.
Uzakrota beynəlxalq turizm bazarında Azərbaycanın rolunun daha da gücləndirilməsi və region ölkələri ilə əlaqələrin inkişafı üçün əhəmiyyətli körpü hesab olunur.

FƏXRİYYƏ










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu