Kaliforniya tariflərə görə Trump administrasiyasını məhkəməyə verən ilk ştat oldu


Kaliforniya qubernatoru Qavin Nyusom ABŞ Prezidenti Donald Trampın Çin, Kanada və Meksika da daxil olmaqla ölkələrə tətbiq etdiyi gömrük tariflərinə qarşı hüquqi addımların atılacağını açıqlayıb.



Qubernator Nyusomun ofisi Trampın tarifləri ilə bağlı Şimali Kaliforniya Dairə Məhkəməsində başlanacaq hüquqi proseslə bağlı açıqlama verib.

Açıqlamada Trampın sözügedən tarifləri tətbiq edərkən prezidentə yalnız xarici təhdidlərə qarşı maliyyə əməliyyatlarını dondurmaq və bloklamaq səlahiyyəti verən Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktından (IEEPA) istifadə etməsinin qanuna zidd olduğu və bu səbəbdən hüquqi addımların atılacağı bildirilib.

Açıqlamada bu tariflərin qüvvəyə minməsi üçün Konqresin təsdiqinin lazım olduğu, iddia çərçivəsində tariflərin dayandırılması üçün məhkəmədən təcili tədbirlərin görülməsi istəniləcəyi bildirilib.

Mövzu ilə bağlı açıqlama verən Nyusom tariflərin IEEPA çərçivəsində qiymətləndirilə bilməyəcəyini ifadə edərək, Trampın tariflərinin Kaliforniya ailələri, müəssisələr və əyalət iqtisadiyyatı üzərində dağıdıcı təsir olduğunu vurğulayıb.

Qeyd edək ki, Kaliforniya ABŞ ştatları arasında ən böyük iqtisadiyyata malikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu