İş yoldaşını seldən xilas etmək istərkən özü həlak olan Pərvizin görüntüləri - VİDEO


Dünən Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub.


AFN.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Həmin görüntülərdən məlum olur ki, şirkətin əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. İş yoldaşları ekskavator vasitəsilə onları xilas etməyə çalışıb. P.Həyatullayev ekskavatorun "caynağında" həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları seldən çəkib çıxarmağa səy göstərib. Lakin bu zaman sel daha da güclənib və ekskavatorun ağuşuna alıb. Ekskavator "caynağında" olan Pərviz Həyatullayev və digər əməkdaş çaya düşüblər.

Digər üç nəfər xilas edilsə də, Pərvizin həyatını qurtarmaq mümkün olmayıb. 42 yaşlı Pərviz Həyatullayevin 4 övladı atasız qalıb.

Allah rəhmət eləsin!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu