Estoniya hərbçiləri mülki gəmilərə hücum edəcəklər


Estoniya prezidenti Alar Karis Müdafiə Qüvvələrinin təşkili və iqtisadi zona ilə bağlı qanunlara hərbçilərə mülki gəmilərin hərəkəti respublikadakı mühüm obyektlər üçün təhlükə kimi qiymətləndirildikdə onlara hücum etmək hüququ verən dəyişiklikləri təsdiqləyib.


AFN.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.

Qəbul edilmiş düzəlişlər Estoniya Müdafiə Qüvvələrinə mühüm infrastruktura, müdafiə obyektlərinə, limanlara və digər strukturlara qarşı yönəlmiş təhlükələr zamanı ölkənin dəniz zonasında güc tətbiq etmək hüququ verir.

Bu qanun əvvəllər Riigikogu (parlament) üzvləri tərəfindən qəbul edilib.

Qeyd edək ki, yeni qanun Rusiyada xüsusi etirazla qarşılanıb. Federasiyası Prezidentinin köməkçisi, Dəniz Kollegiyasının sədri Nikolay Patruşev Estoniyanın qanuna qəbul etdiyi dəyişikliyi "iyrənc" adlandırıb və bu təşəbbüsün qarşısını almaq üçün bir yol tapmağın vacibliyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu