Ukraynanın müttəfiqləri 21 milyard avro hərbi yardım ayıracaqlar

Ukraynanın müttəfiqləri ona 21 milyard avroluq hərbi yardım göstərəcəklərini vəd ediblər.
AFN.az BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hilli bildirib.
Hillinin sözlərinə görə, Böyük Britaniya bu il 4,5 milyard funt-sterlinq (təxminən 5,3 milyard avro) ayıracaq ki, bu da rekord məbləğdir.
Müdafiə nazirinin sözlərinə görə, 2025-ci il Ukraynadakı müharibə üçün Kiyevin müttəfiqləri və onların müdafiə sənayesi dəstəyini gücləndirməli olduğu kritik an olacaq.