KİV: Misir və İsrail Qəzza ilə bağlı yeni təkliflər mübadiləsi aparır


HƏMAS-la İsrail arasında danışıqlarda ABŞ və Qətərlə birlikdə vasitəçi kimi çıxış edən Misir İsrail tərəfinin nümayəndələri ilə Fələstinin Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş yeni təkliflər mübadiləsi aparıb.


AFN.az xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.

Bildirilir ki, tərəflər bir-birinə anklavda atəşkəslə bağlı yeni təkliflərin layihələrini veriblər. "Misirin təklifi Qahirə və Vaşinqtonun əvvəllər təqdim etdiyi təşəbbüslərin birləşməsidir və münaqişə edən tərəflər arasında danışıqları irəlilətmək, çox yaxın gələcəkdə bu danışıqlarda real irəliləyiş əldə etmək perspektivlərinə malikdir” - deyə materialda qeyd edilir.

"Maan" agentliyinin məlumatına görə, Misirin təqdim etdiyi layihə həm köçürülən girovlarla, həm də İsrail həbsxanalarından azad edilməli olan fələstinli məhbuslarla bağlı İsrail tərəfi tərəfindən qəbul olunmağa yaxındır.

Qahirənin təşəbbüsü radikalların səkkiz və ya doqquz diri girovu, o cümlədən İsrail və ABŞ vətəndaşı olan İdan Aleksandrı, həmçinin Qəzzada ölən səkkiz girovun cəsədini təhvil verməsini əhatə edir. İsrail ömürlük həbs cəzası çəkən 150 ərəb də daxil olmaqla, bir neçə yüz fələstinli məhbusu azad etməlidir. 50 gün davam edəcək bu müddət ərzində Qəzza əhalisinə humanitar yardımın çatdırılması bərpa olunacaq. Hərbi əməliyyatların dayandırılmasını və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını nəzərdə tutan sazişin ikinci mərhələsi üzrə münaqişə tərəfləri arasında dolayı danışıqların bərpasını təmin etmək üçün atəşkəs müddəti 70 günə qədər uzadıla bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu