İsrail təsdiqlədi: Azərbaycanda görüş olub


Yüksək vəzifəli israilli məmur aprelin 9-da Azərbaycanda İsrail və Türkiyə nümayəndə heyətləri arasında görüşün keçirilməsini təsdiq edib.


AFN.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilir ki, nümayəndə heyətlərinin əsas müzakirə mövzusu Suriyada arzuolunmaz hadisələrin qarşısının alınmasına yönələn tədbirlər olub.

"İsrail Suriyada xarici qüvvələrin yerləşdirilməsində istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu qarşı tərəfə çatdırıb”, - deyə adı açıqlanmayan mənbə bildirib.

***

Azərbaycanda Türkiyə və İsrail arasında görüş baş tutub.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə açıqlayıb.

"Türkiyə və İsrail nümayəndələri dünən keçirilən görüş zamanı Suriyada gərginliyin azaldılması mexanizmlərinin yaradılmasına dair müzakirələr aparıb" - deyə mənbə bildirib.

Görüşün detalları ilə bağlı hər hansı əlavə məlumat açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu