Bakıda iki nəfər intihar etdi


Bakı şəhər Xəzər rayonunda intihar hadisəsi baş verib.


AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 5-i saat 17 radələrində 1964-cü il təvəllüdlü E.Əliyev yaşadığı Buzovna qəsəbəsindəki evdə dərman həbləri içib.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Aprelin 6-sı saat 03 radələrində Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Mirnahid Ağayev yaşadığı Maştağa qəsəbəsindəki evin həyətində özünü asıb.

Hər iki faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu