KİV: Münaqişə bitdikdən sonra Aİ-nin ukraynalı qaçqınlarla bağlı planı yoxdur

Ukraynalı qaçqınların Aİ-dəki hüquqi statusu təhlükə altında ola bilər, çünki münaqişə bitdikdən sonra onların qalması üçün dəqiq plan yoxdur.
AFN.az xəbər verir ki, bu barədə "Euractiv" portalı yazıb.
2022-ci ilin mart ayında milyonlarla ukraynalıya Avropa İttifaqında yaşamağa və işləməyə icazə verən Aİ-nin Müvəqqəti Müdafiə Direktivi işə salınıb. "Bununla belə, döyüşlər başa çatarsa, o, effektivliyini dayandıra bilər və qaçqınları qəbul edən ölkələr Ukrayna vətəndaşları ilə nə edəcəyinə özləri qərar verməlidirlər: yardımı azaltmalı, onları cəmiyyətə inteqrasiya etməyə çalışmalı və ya onları öz vətənlərinə qaytarmağa çalışmalıdırlar" - deyə portal yazır. Aİ tez-tez miqrasiya ilə bağlı müzakirələrlə iflic olur, buna görə də Aİ səviyyəsində müdafiəni genişləndirmək üçün hər hansı bir addım fərqli ölkələrin reaksiyasına səbəb ola bilər.
"Eyni zamanda, hər bir ölkə öz qanunvericiliyindən asılı olaraq müvəqqəti qorunma haqqında direktivi fərqli şərh edir, bu isə o deməkdir ki, Ukrayna vətəndaşlarına münasibət fərqlidir və bu, onların harada məskunlaşmasından asılıdır. Bu, Aİ səviyyəsində vahid planın hazırlanması üçün əlavə çətinliklər yaradır" - deyə materialda vurğulanır.