Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - XƏBƏRDARLIQ


Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.


AFN.az-ın xəbərinə görə, xəbərdarlıqda bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi martın 24-ü axşam saatlarına kimi davam edəcəyi bildirilir.

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3.0-4.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu