Husilər İsrailə qarşı hərbi əməliyyatları intensivləşdirdiklərini açıqlayıblar

Husilər Qəzza zolağında HƏMAS hədəflərinə yenidən zərbələr endirməsi ilə əlaqədar İsrailə qarşı hərbi əməliyyatları gücləndirmək niyyətindədir.
AFN.az xəbər verir ki, bunu “Əl Məsirə” telekanalında çıxışı zamanı qiyamçıların lideri Əbdülməlik əl-Husi deyib.
“İsrail ABŞ-ın təhriki ilə Qəzza zolağında növbəti dəfə Fələstin xalqının soyqırımına başlayıb. Biz Fələstin xalqını dəstəkləmək üçün İsrailə qarşı ən yüksək səviyyədə hərbi fəaliyyətə başlayacağıq”, - deyə o, bildirib. Qeyd edib ki, husilər ABŞ-ın və İsrailin hərəkətlərinə müqavimət göstərməyə davam edəcək.