ABŞ Meksika ilə sərhəd divarını daha 11 km uzadacaq

ABŞ hakimiyyəti Meksika ilə sərhəd boyu hasarın uzunluğunu daha 11 km artırmaq niyyətindədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem deyib.
"Mən Arizonadayam və buradan sərhəd divarının harada bitdiyini görə bilərsiniz. Bu gündən etibarən biz daha 7 mil (11 km-dən çox - red) divar inşa etməyə başlayırıq. Amerikanı yenidən təhlükəsiz etmək üçün bunu etməyə davam edəcəyik", - deyə o, X-də yayımlanan videoda bildirib.