Kəbədə 500 min adamla gündəlik Ümrə rekordu qırıldı


Səudiyyə Ərəbistanındakı Haramayn İşləri Rəyasət Heyəti martın 7-də 500 min nəfərlə Ümrə zəvvarlarının tarixinin ən yüksək gündəlik sayına çatdığını açıqlayıb.



Bu barədə Məscidül-Haram və Məscid-i Nəbəvi (Harameyn) İşləri X sosial media platforması hesabında açıqlama verilib.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Məscidül-Həramın girişlərində yüksək texnologiyalı həssas sensorlardan istifadə edilərək Ümrə zəvvarlarının sayı anında izlənməyə başlanıb.

Səlahiyyətlilər bildiriblər ki, bu yeni texnologiya Həcc və Ümrə ziyarətləri zamanı izdihamın idarə edilməsini optimallaşdırmaq, giriş və çıxış axınına nəzarət etməklə daha səmərəli marşrutu təmin etmək məqsədi daşıyır.

Bundan əlavə, qabaqcıl smart kameralar sayəsində giriş nöqtələrində hərəkət real vaxt rejimində izlənilir. Beləliklə, sıxlığı yüksək olan ərazilər tez bir zamanda müəyyən edilir və daha effektiv idarəetmə əldə edilir.

Harameyn İşləri Baş İdarəsi sözügedən sistemin ilk növbədə əsas girişlərdə istifadə ediləcəyini və gələcəkdə Məscidül-Haramın hər yerində genişləndiriləcəyini açıqlayıb.

Qeyd edək ki, qərargahı Məkkədə olan Harameyn İşləri Rəisliyinə Məkkə və Mədinədə müqəddəs yerlərlə bağlı qurum və təşkilatlar daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu