Avstraliyada köpək balığının hücumuna məruz qalan sörfçü yoxa çıxıb


Avstraliyanın Qərbi Avstraliya əyalətində sörfçü köpəkbalığının hücumuna məruz qalaraq itkin düşüb.



"ABC News" xəbər verir ki, Perthdəki Uorton çimərliyində köpək balığı sörfçüyə hücum edib.

Polis xəbər aldıqdan sonra hadisə yerinə gedib və suda köpək balığı dişləməsi izləri olan sörfinq taxtasının tapıldığını açıqlayıb, lakin sörfçünün yerini müəyyən etmək mümkün olmayıb.

Polis dalğıcların itkin düşən sörfçünü tapmaq üçün çalışdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu