KİV: Tayvanın Maanşan Atom Elektrik Stansiyasından tüstü qalxır

Tayvandakı Maanşan Atom Elektrik Stansiyasından qalın qara tüstünün yüksəldiyi görünür.
AFN.az xəbər verir ki, bu barədə Honq-Konqun “Dimsum Daily” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, yerli yanğınsöndürmə idarəsi hadisə yerinə bölmələr göndərib. Hazırda tüstünün səbəbi aydın deyil.
"TaiwanPlus News" X-də xəbər verir ki, ilkin məlumata görə, tüstüyə elektrik stansiyasının yaxınlığındakı soyutma qülləsində baş verən yanğın səbəb olub.
KİV-in məlumatına görə, hələ ki, itkilər barədə məlumat yoxdur, yanğın nəzarət altına alınıb.