Bakıdan Ankaraya uçan təyyarədə sərnişin öldü


AZAL-ın Bakıdan Ankaraya uçan təyyarəsində sərnişin dünyasını dəyişib.


Bu barədə “HavaSosyalMedya” portalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə Bakı - Ankara reysini həyata keçirən “Airbus A320” tipli təyyarədə baş verib.

Məlumata görə, halı pisləşən sərnişinə göyərtədəki heyət tərəfindən ilkin yardım göstərilib. Lakin bütün səylərə baxmayaraq, təyyarə endikdən sonra sərnişin həyatını itirib.

“Hava limanında hazır vəziyyətdə gözləyən tibbi heyət cənazəni təyyarədən təhvil alaraq, lazımi prosedurlara başlayıb”, - deyə məlumatda bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu