İranda 5,1 bal gücündə zəlzələ baş verib

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamaya görə, episentri Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhəri olan 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 09:55-də qeydə alınıb.
Yerin 28 kilometr dərinliyində baş verən zəlzələdə tələfat olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.