Xırdalandakı “Faxralı”da güclü yanğın olub - FOTOLAR+YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.


AFN.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb.


AFN.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə ediliblər.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.


AFN.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.

Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.

***

Abşeron rayonu, Xırdalan şəhərində güclü yanğın başlayıb.


Hadisə gecə saatlarında "AAAF Park Yaşayış Kompleksi"nin yaxınlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Şahidlər ərazidəki obyektin yandığını bildirirlər.

Hazırda yanğının söndürülməsi üzrə işlər gedir.

Həmin görüntüləri təqdim edirik:












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu