Suriyada məsciddə terror: nəfər ölüb

Suriyanın Həma əyalətində bir nəfərin müsəlman dindarlara hücumu nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Hadisə Xəyalin kəndində baş verib. Silahlı şəxs yerli məscidin yanından motosikletlə keçərkən atəş açıb.
Polis cinayətkarın tapılması istiqamətində əməliyyat başladıb, yaralılara tibbi yardım göstərilir.